4 metr hündürlüyü olan və havanı təmizləyən metal ağaclar sürətlə populyarlaşır.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, belə ağaclardan biri Meksikanın hava çirkliliyindən ən çox əziyyət çəkən şəhərlərindən olan Pueblaya yerləşdirilib.
"Biourban" adlandırılan bu metal ağac təbii ağaclar kimi ilin 365 günü fotosintez prosesini yerinə yetirir. 50 min dollara satılan "Biourban"ların hər birinin 368 ağaca bərabər olduğu bildirilir. Toyuqlu pizza
Qeyd edək ki, Kolumbiya və Panama ilə yanaşı Türkiyədə də bu metal ağaclardan 2 ədəd var.
Hava çirkliliyinin qarşısını almaq məqsədilə gələcəkdə bütün böyük şəhərlərə metal ağaclar yerləşdiriləcəyi bildirilir.
Sabrina
Telegram kanalımız