“Artıq şəxsi həyatımız qalmayıb” – Zeynəb Həsəni

saytların hazırlanması

Evə çatdırılma

“Artıq şəxsi həyatımız qalmayıb” – Zeynəb Həsəni

Şou

17 İyul 2026 15:27 81


Zeynəb Həsəni "Səhər yeməyi" proqramında həmkarlarının şəxsi münasibətlərinin ictimailəşdirməsini tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, tanınmış şəxslərin hər bir addımı cəmiyyətin gözü qarşısında cərəyan etdiyindən, onların arasındakı inciklik və rəqabət daha tez qabardılır.

Həkimlər də daxil olmaqla bütün peşə sahibləri arasında bənzər problemlərin yaşandığını, lakin onların diqqət mərkəzində olmadığını deyən Zeynəb Həsəni sənət adamlarının davranışlarından gileylənib: pizza mizza

"Adi bir anlaşılmazlıq olan kimi ya dərhal sosial şəbəkələrdə paylaşılır, ya da efirlərdə müzakirəyə çıxarılır. Kimdənsə incisəm, bunu ya səssizcə kənara çəkilərək həll edərəm, ya da şəxsən özünə deyərəm. Hər şeyi efirə daşımaq doğru deyil. Artıq özəl həyatımız deyən bir şey qalmayıb. Ailəmizdən, dostumuzdan küsəndə belə bunu ekran qarşısında danışırıq, bu isə yolverilməzdir".

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!