“Artsax yaşayır” deyən erməni cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Artsax yaşayır” deyən erməni cəzalandırıldı

Rəsmi

25 Dekabr 2023 11:31 1792


Separatçıların başçısı Samvel Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “dqr”in buraxılması “qərar”ının ləğv edildiyini açıqladıqdan bir müddət sonra “vəzifəsindən” istefa verib. 

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə V.Qriqoryan Feysbukda yazıb. 

O, “dqr liderinin müşaviri” “vəzifəsini” artıq yerinə yetirmədiyini bildirib. 

“Sonuncu müsahibəm müxtəlif fərziyyələrə səbəb oldu, lakin bu, mənim şəxsi şərhim idi. Hazırda heç bir rəsmi mövqe yoxdur”, - separatçı vurğulayıb. 

Qeyd edək ki, V.Qriqoryanın sözügedən iddiasına Ermənistan hakimiyyətinə yaxın deputat və ekspertlər də sərt reaksiya göstəriblər. Onlar bu çıxışın Ermənistan üçün təhlükəli olacağını deyiblər. Separatçı müşavirin istefasının daxili təzyiqlə əlaqəli olduğu ehtimal edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!