“Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan".
Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Gövhər Rzayeva deyib.
O, müğənnilik fəaliyyətinə başlayan qızı barədə deyib: "O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gecə saat 3-də, 4-də evə gələr?! Arvad oturub xanımlıq edər.
Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün”.
Telegram kanalımız