““Arvadım günahımdan keçib” sözləri ilə fəxr etməsin...“ -   Xəyanəti ilə öyünən tanınmışlara sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

““Arvadım günahımdan keçib” sözləri ilə fəxr etməsin...“ - Xəyanəti ilə öyünən tanınmışlara sərt cavab

Sosial

30 İyun 2022 10:20 1650


“Uşaqlara və gənc nəslə uzun illər və hətta əsrlər yazılmamış mental qanunlar sayəsində “kişi nə edirsə? düz edir və etdiyi müzakirə olunmur” fikri təbliğ olunub. Təbliğat öz təsirini göstərib desək yanılmarıq...”

Bu sözləri Yenisabah.az-a psixoloq Vüsalə Rüstəm Azərbaycan qadınlarının xəyanət bağışlamağa meylli olması fikri ilə bağlı danışarkən deyib.

Psixoloq qeyd edib ki, bəzi qadınlar ailədən dəstək almadığı üçün çox vaxt xəyanəti bağışlamalı olurlar: Dördpendirli pizza

“İnsanlar hadisələri və öz başına gələn vəziyyəti fərqli qiymətləndirirlər. Sadə dillə desək, hər kəsin dünyagörüşü və xarakteri onun məsələyə yanaşma tərzini müəyyən edir. Yəni mənim üçün normal olmayan bir hal başqa qadın üçün normal sayıla bilər.

Təhsil, dünyagörüş, sosial çevrə, ictimai fəallıq insanın xarakterində və qərarlarında önəm daşıyır. Çox sayda qadın azyaşlı olduğu vaxtlarda evlənib, heç bir təhsili yoxdur, ata evində onu gözləyən və ona dəstək olan heç kim yoxdur. Maliyyə asılılıqdan əlavə, həm də mənəvi dəstək olan insanlar öz addımlarından daha qətiyyətli olurlar”.

O, məşhurların tez-tez xəyanəti bağışlamaqla bağlı verdiyi məsləhətlərin doğru olmadığını qeyd edib:

“Son zamanlar saytlarda, efirlərdə məşhur insanların xəyanəti bağışlamağı təbliğ etməsi doğru deyil. Xəyanəti bağışlayıb-bağışlamaq cütlüklərin birgə danışaraq həll edəcəyi problemdir. Bunu bacarmadıqda isə utanmadan mütəxəssisə - psixoloqa müraciət etməsi lazımdır. Hər bir halda xəyanət nə kişiyə, nə də qadına başucalığı və hörmət gətirir.

Xəyanət varsa o evdə narahatlıq, dava-dalaş, xoşbəxt olmayan uşaqlar və ən ümdəsi özünü bədbəxt hiss edən qadın var. Evə istilik gətirən qadın şəfqəti, sevgisi, mərhəməti, qayğısı və s. birdən birə kəsilir və ev döyüş poliqonuna çevrilir. Burada hansı xoşbəxt ailədən və qayğısız uşaqdan danışmaq olar? 

Hər şeyi bilib susan qadın isə daha pisdir. Bilirsinizmi, bu qadınlar xəlvəti ağlayıb nə qədər göz yaşı tökür?! Özünü yeyib-bitirir, ərinin günahını uşaqlardan çıxır onlara şiddət göstərir, ətrafa qarşı aqressiv olur və ağır xəstəlik tapır.

Heç bir kişi və ta tanınmış şəxs “mən etmişəm, arvadım günahımdan keçib” sözləri ilə fəxr etməsin. İnsan  duyğularını alçaltmaq, sevgisini yerlə bir etmək, inamını itirmək fəxr ediləsi hal deyil. Heç bir kişiyə yaraşmaz”.

Psixoloq qeyd edib ki, qorxaq qadın igid övlad tərbiyə edə bilməz:

“Xəyanətlə üzləşən qadının ata evinə qayıtmaq məsələsi isə fərqlidir. Ata evindən çox qızı “geri gəlmə, gəlsən, kəfənlə gəl” deyib yola salırlar. Təbii ki, ata 2 uşaqla geri dönən qızın yükünü çəkməkdənsə, onun alçaldılmasına üstün tutur. Onu sakitləşdirib geri göndərir.

Şərqdə qadın olmaq faciədir. Bu fikrə qarşı çıxıb çox insan neqativ fikrini deyə bilər. Təkbaşına mübarizə aparan qadınlarımız var ki, onlar Everestə çıxsalar, bundan daha rahat olardı. Qadın duyğularını, şəxsiyyətini, qürurunu qoruyub saxlayan cəmiyyətdə dəyərli vətəndaşlar daha çox olur. Belə deyək özünü qoruya bilməyən, dəyərləndirə bilməyən qorxaq qadın qəhrəman tərbiyə edə bilərmi? 

Cəsur qadın həm də igid övladları tərbiyə edir. Sınmış, əzik, qorxaq qadın varsa, cəmiyyət də belə olacaq. "Niyə cəmiyyət belədir" sualına o zaman verməməliyik”.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!