“Arxalılar, pullular deyil, savadlı gənclər irəli çəkilməlidir“   - Seymur Verdizadə

saytların hazırlanması

Evə çatdırılma

“Arxalılar, pullular deyil, savadlı gənclər irəli çəkilməlidir“ - Seymur Verdizadə

Sosial

14 İyul 2021 15:51 1725


"Narkomaniya ilə təkcə hüquq-mühafizə orqanları deyil, cəmiyyətin bütün təbəqələri mübarizə aparmalıdır". 

Bu sözləri “Şərq”ə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Bildirib ki, imkanlı şəxslərlə yanaşı, həm də işsiz, yoxsul gənclər narkomaniyaya meyil edirlər:

"Buna görə də dövlət gənclərin məşğulluğunun qeydinə qalmalıdır. Yeni iş yerlərinin açılmasına çalışmaq, bunu prioritet vəzifə elan etmək lazımdır. İşsiz, cibində 1 qara qəpiyi olmayan adamlar istər-istəməz əyri yola düşəcək, oğurluq edəcək, daha asan pul qazanmaq haqda düşünəcək. Buna görə də gənclərin öz bacarıqları hesabına pul qazanmasına şərait yaradılmalıdır. Dövlət qurumlarındakı vakant yerlər gizlədilməməli, ehtiyacı olanların ixtiyarına verilməlidir". Toyuqlu pizza

Baş redaktor narkomaniya ilə mübarizədə ictimai qınağın gücləndirilməsinin vacib olduğunu vurğulayıb:

"Həmçinin bu cür yaramaz əməllərə görə “içəri” düşən adamların azadlığa gedən yolu uzun olmalıdır. Əmələ adekvat cəza olmalıdır. Narkotik maddələrin satışına görə həbs olunan şəxslərin cəzalarnın azaldılmasına, yaxud hansısa yüngülləşdirici səbəblərlə əfv edilməsinə yol verilməməlidir. İnsanlar bu əməlin cəzasının ağır olduğunu anlamalı, bu işdən çəkinməlidirlər. Cəmiyyətdə sağlam rəqabət mühiti olmalıdır. Heç bir gənc “onsuz da atamın pulu yoxdur, qabağa gedə bilməyəcəm”, düşüncəsi ilə hərəkət etməməlidir. Bu cür pessimizm insanlarda xəyal qırıqlığı yaradır, onları yarıqapalı həyata sürükləyir. “Arxalı”lar, pullular deyil, savadlı, qabiliyyətli gənclər irəli çəkilməlidir. Hesab edirəm ki, ədalətli cəmiyyət qurmaqla gənclərimizin daha faydalı işlərlə məşğul olmasını sürətləndirə bilərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!