“Arzum”un növbəti məhkəməsi: Mərhumun xanımı hökmdən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

“Arzum”un növbəti məhkəməsi: Mərhumun xanımı hökmdən narazıdır

Kriminal

22 İyul 2026 11:46 131


20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın ("Arzum9999") apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, "Arzum"kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.

Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar. Dördpendirli pizza

"Arzum"un hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.

Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə "Arzum"un bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.

Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.

Zərərçəkmiş tərəf də son gündə hökmdən apellyasiya şikayəti verib. Amalın həyat yoldaşı Sənubər Muradova "Arzum"un cəzasının ağırlaşdırılmasını tələb edir.

"Arzum"un şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.

"Arzum"un təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, xanımı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub.

Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!