ASCO bərələri ilə TIR daşımaları 10 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

ASCO bərələri ilə TIR daşımaları 10 faiz artıb

İqtisadiyyat

15 Avqust 2026 13:56 31


2026-cı ilin yanvar-iyul aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri vasitəsilə 623 min 682 ton TIR və müxtəlif avtotexnika daşınıb.

“Yeni Sabah” ASCO-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 faiz çoxdur.

Təkcə iyul ayında bərələrlə 108 min 649 ton TIR və avtotexnika daşınıb. İllik müqayisədə bu, 30 min 350 ton və ya 39 faiz artım deməkdir. Sezar pizza

Daşınan nəqliyyat vasitələrinin sayı da yüksəlib. Belə ki, iyul ayında bərələr vasitəsilə 4 282 ədəd TIR və avtotexnika daşınıb. 2025-ci ilin iyulunda isə bu rəqəm 3 125 ədəd olub. Nəticədə aylıq göstəricidə 37 faizlik artım qeydə alınıb.

Yanvar-iyul aylarının yekunlarına görə isə bərələrlə daşınan TIR və avtotexnikanın sayı 23 min 824 ədədə çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 22 min 395 ədəd təşkil edib.

Beləliklə, cari ilin ilk 7 ayında daşınan nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 429 ədəd və ya 6 faiz artıb.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!