Aşıq Zülfiyyə ikinci restoranı ilə bağlı məsələyə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Zülfiyyə ikinci restoranı ilə bağlı məsələyə aydınlıq gətirdi

Şou

22 Sentyabr 2021 10:32 2084


"İkinci restoran almamışam".

Yenisabah.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə pandemiya dövründə ikinci restoran alması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, sadəcə ilk restoranının adını dəyişib: pizza hut

" İki restoran almağa mənim elə imkanım nə gəzir? Elə birinci restorandır, həm adını dəyişmişik, həm də təmir etdirdik. Əvvəl restoran gürcü adını daşıyırdı, sonra məsləhətləşdik ki, "Bizim ocaq" qoyaq. Adını da "Xan qızı Natəvan" ədəbi birliyinin rəhbəri Rəna Mərzilinin istəyi ilə seçdik. Restoran özümə məxsusdur, Azərbaycan və gürcü mətbəxi hazırlanır. Çox gözəl gürcü yeməkləri verilir. Yeməkləri gürcü mətbəxini oxuyan bir azərbaycanlı hazırlayacaq və qiymətlər də münasibdir. "Bizim ocaq"da yeməklərin ucuz olmasının iki səbəbi var. Birincisi, mən ət və ət məhsullarını rayondan gətirirəm, ikincisi, məkan özümüzündür, icarə haqqı verilmir".

Aşıq Zülfüyyə şənbə və bazar günlərində "Bizim ocaq"da musiqili gecə olduğunu da vurğulayıb:

"Ümumiyyətlə, uzun zamandır fikirləşirdim ki, gəlir gələn bir məkanımız olsun. Müəyyən bir vaxtdan sonra qazanc yerimiz olmalıdır, səhnə həmişə olmur. Restoran evimizin altında idi, əlimizdə olanı-olmazı satıb həmin məkanı aldıq. Pandemiya dövründə isə yenidən təmir etdirdik. Hər həftə musiqili gecəmiz olur, şairə xanımlar şeir deyir, müğənnilər oxuyur. Arada elə özüm də oxuyuram. Bu şənbə özüm oxuyacam. Kim istəyir, qapımız açıqdır. Bir sıra yeni mahnılar var, onların hər birini tamaşaçılarımız zamanla dinləyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yusif
    Salam.Restoran harda yerlewir ? Unvan ve telefon yazin xahiw edirem/
    5 years ago