Aslan Hüseynov bu videosu ilə rəğbət qazanmışdı: “Səviyyəsiz və tərbiyəsiz…”
04 May 2021 15:10
1505

Aslan Hüseynov bu videosu ilə rəğbət qazanmışdı: “Səviyyəsiz və tərbiyəsiz…”

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib. O, Qaradağda avtomobil qəzası zamanı ağır yaralanaraq keçinib.

Yenisabah.az xəbər verir ki, mərhum müğənni vaxtilə AzTV-nin sabiq sədri Arif Alışanovu sərt tənqid etməsi ilə yadda qalmışdı.

Belə ki, sənətçi verdiyi açıqlamalardan birində Arif Alışanovu "səviyyəsiz və tərbiyəsiz" adlandırmışdı.

O, eyni zamanda millət vəkili olan dövlət televiziyasının rəhbəri ilə telefon danışığı zamanı onunla səviyyəsiz və tərbiyəsiz davrandığını bildirmişdi.

Dövlət tədbirlərində iştirak etdiyi halda məhz AzTV-də efirə getdikdə çıxışının kəsilməsinin səbəbi ilə maraqlandıqda Arif Alışanovun ona hörmətsiz şəkildə cavab verdiyini və millət vəkilinin işlətdiyi ifadələri olduğu kimi səsləndirmişdi.

Həmin görüntüləri təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər