AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

saytların hazırlanması

Evə çatdırılma

AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

Dünya

21 Yanvar 2023 12:30 667


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər. pizza sifarişi

Sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!