Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq etdi
23 İyn 2021 00:40
747

AŞPA üzv ölkələrə pandemiya böhranı ilə bağlı xəbərdarlıq etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 pandemiyası səbəbindən baş verən sosial-iqtisadi böhrandan çıxış” adlı qətnamə qəbul edib.

Yenisabah.az xəbər verir ki, sənəddə pandemiya səbəbindən dövlətlərin üzərinə düşən vəzifənin iki dəfə artdığı barədə xəbərdarlıq edilib.

Qətnamədə həmçinin bildirilib ki, ölkələr bir tərəfdən tibbi böhrana qarşı mübarizələrini davam etdirməli, digər tərəfdən pandemiyanın ağır nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar.

Eyni zamanda sənəddə vurğulanıb ki, pandemiya qadınlarla kişilər arasında mövcud olan bərabərsizliyi daha da artırıb: “Pandemiya səbəbindən işini itirənlər arasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir. Son zamanlar ailələrin mənzil təminatında böyük çətinliklər baş verib və bu məsələdə irqi ayrı-seçkilik hallarının daha da artdığı müşahidə olunub. Gənclərin işlə təminatı məsələsində də pandemiyanın mənfi təsirləri aydın hiss olunur”./Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər