Aşqabad və Düşənbə Orta Dəhlizdə razılaşdı

saytların hazırlanması

Evə çatdırılma

Aşqabad və Düşənbə Orta Dəhlizdə razılaşdı

Dünya

11 May 2023 12:10 667


Türkmənistan Tacikistanla birlikdə iki dövləti Xəzər dənizinə çıxışı ilə birləşdirən nəqliyyat dəhlizi yaratmağa hazırdır.

Yenisabah.az “Neytral Türkmənistan”a istinadla  xəbər verir ki, bunu Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov Düşənbədə Tacikistanın rəhbəri Emoməli Rəhmonla danışıqları zamanı deyib.

Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq Aşqabad və Düşənbə arasında münasibətlərin qeyd-şərtsiz prioritetidir. Hər iki dövlətin səyləri əsas məqsədə, yəni Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəlməlidir. Toyuqlu pizza

Türkmənistan rəhbərinin fikrincə, okeana birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Şərqi Xəzərin liman infrastrukturunun imkanlarından maksimum istifadə etməlidirlər.

Berdıməhəmmədov deyib ki, onun ölkəsi Türkmənistanın Türkmənbaşı dəniz limanından Tacikistanın maraqları naminə sərfəli şərtlərlə istifadəni müzakirə etməyə hazırdır.

Aşqabad və Düşənbə Şərq-Qərb xətti boyunca nəqliyyat, tranzit və logistika əməkdaşlığı üçün strateji qovşağın formalaşdırılması səylərini əlaqələndirmək və regional və qlobal platformalarda, ixtisaslaşmış beynəlxalq təşkilatlarda, maliyyə institutlarında potensial tərəfdaşlarla işləmək niyyətindədirlər.

Berdıməhəmmədovun Tacikistana səfəri zamanı yükdaşımaların daha da artırılması və daşımaların intensivləşdirilməsi üçün birgə tədbirlər proqramı təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!