Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir

Dünya

29 Aprel 2026 23:20 73


Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) respublika vətəndaşının qanunazidd fəaliyyətdə şübhəli bilinərək Berlində saxlanılması ilə əlaqədar Almaniyanın səlahiyyətli orqanlarına rəsmi sorğu göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "KazTAQ" agentliyinə XİN-dən bildirilib.

Qeyd olunub ki, qurum vəziyyəti izləyir və Almaniya tərəfinin cavabını gözləyir:

"Media resurslarında Qazaxıstan vətəndaşının qanunazidd fəaliyyətdə şübhəli bilinərək Almaniyada saxlanılması barədə yayılan xəbərlə əlaqədar Almaniyanın səlahiyyətli orqanlarına rəsmi sorğu göndərilib. Hazırda cavab gözlənilir. Məsələ nazirliyin nəzarətindədir".

Daha əvvəl xarici media Rusiyanın xeyrinə casusluqda və təxribat təşkilinə cəhddə şübhəli bilinən Qazaxıstan vətəndaşının Berlində saxlanılması barədə məlumat yayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!