Yanvar ayının ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verilib.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Baytarlıq Xidmətinin Astara Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Təngərüd kənd sakini Rəhimov Müqabil Nəcibulla oğluna məxsus fermer təsərrüfatında 154 baş iribuynuzlu, 1 baş təkdırnaqlı heyvanda qarayara və 6 baş itdə quduzluq, eləcə də Astara şəhər sakini, Yusifov İxtiyar Xeyrulla oğluna məxsus fərdi təsərrüfatda saxlanılan 25 baş iribuynuzlu heyvanda qarayara və 3 baş itdə quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə aparılıb. Ümumiyyətlə, peyvəndləmə tədbirlərinə başlanan gündən indiyə kimi 89 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən Astara rayonunda 18067 baş iribuynuzlu, 428 baş təkdırnaqlıda qarayara, 662 baş itdə quduzluq əleyhinə profilaktik peyvəndləmə aparılıb, 734 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədi ilə qan nümunəsi götürülüb və 200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Astara rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) diaqnostik müayinələrin aparılması nəzərdə tutulur. pizza
Telegram kanalımız