İmişlidə bıçaqlanma hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, rayonda ata öz oğlunu bıçaqlayıb. Hadisə bugün səhər saatlarında rayonun Xubyarlı kəndində qeydə alınıb.
Quliyev Sakit və oğlu Quliyev Mirzə arasında mübarizə yaranıb. Hadisə atanın öz oğlunu bıçaqlaması ilə sonlanıb. Sakit öz oğlu olan Mirzəyə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilib vəziyyəti qənaətbəx hesab edilir. Pepperoni pizza
Hadisə törədən şəx polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Telegram kanalımız