Sovet İttifaqı dağılandan sonra Ermənistanda nə yapışqan, nə də onun üçünxammal istehsal olunub. Ötən 30 il ərzində ölkə bu məhsulları ancaq xaricdən idxal edib.
Yeniabah.az xəbər verir ki, erməni sahibkarlardan olan Azat Ağacanyan uzun müddət idxal olunan xammaldan istifadə etsə də, bu ildən etibarən bu sənayeni bərpa etmək qərarına gəlib.
Erməni mətbuatının yaydığı məlumata görə, Ağacyanın bu addımı atmasına səbəb qızı ilə bir il əvvəlki dialoqu olub.
“Ötən il qızımı məktəbdən evə aparanda məndən soruşur ki, ata, türklər güclüdürmü? Mən də təbii olaraq, “Bəli, qızım, güclüdür, - dedim. – Axı başqa nə deyim? Uşaqla danışırsansa, vicdanla danışmalısan. Sonra qızım yenə soruşdu, “Ata, onlar gəlib bizim hamımızı bıçaqlaya bilərlərmi?” Mən isə dedim ki, xeyr, qızım, çünki biz də güclüyük. Amma düşünəndə özümə belə bir sual verirəm: Sənayemiz olmasa, necə güclü ola bilərik? Heç kim taksi sürməyin ləyaqətsiz bir şey olduğunu söyləmir, bu insanlar da vicdanla işləyirlər. Ancaq sənayesiz tam güclü olmaq mümkün deyil. Ayaqlarımız olmadan necə dizlərimizi yerdən qaldıra bilərik?”, - deyə Azat Ağacyan əlavə edib.
Onun sözlərinə görə, bu kiçik fabriki öz vəsaiti və Rusiyadan olan bir dostunun sərmayəsi hesabına qurub.
Telegram kanalımız