Atanın döydüyü 2 yaşlı körpə xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Atanın döydüyü 2 yaşlı körpə xəstəxanaya yerləşdirildi

Hadisə

27 Avqust 2025 17:45 371


Ağdamda atasının döydüyü iddia edilən 2 yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, körpə bir müddət əvvəl də valideynlərinin ağır işgəncələrinə məruz qalıb.

Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.

Uşaq müəllicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

Xatırladaq ki, hadisə Xındırıstan kəndində baş verib.

Hazırda körpə ölümcül haldadır. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!