Atasının ölüm xəbərini alan gəmi kapitanı VƏFAT ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Atasının ölüm xəbərini alan gəmi kapitanı VƏFAT ETDİ

Hadisə

10 İyul 2026 13:55 716


Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.

O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə göyərtəni tərk edib. Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.  pizza

E.Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. 

Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!