“ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib” - Paşinyan

Siyasət

10 Sentyabr 2025 21:08 299


ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", - Paşinyan vurğulayıb. Dördpendirli pizza

Bundan əvvəl Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!