ATV-dən Zaurun verilişinin bağlanmasına  REAKSİYA
21 Apr 2021 18:57
3604

ATV-dən Zaurun verilişinin bağlanmasına REAKSİYA

Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ATV-də yayımlanan "Bizimləsən" verilişinin yayımının bir günlük dayandırılması barədə telekanal açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, telekanalın icraçı direktoru İsmayıl Həsənov açıqlamasında qurumun iradlarının nəzərə alınacağını bildirib:

"Verilişin dayandırılması və ATV kanalının qaydaları pozduğu haqqında mətn Milli Televiziya və Radio Şurasının qərar-qanunları çərçivəsində yerinə yetirilib. Biz qanunun tələblərini yerinə yetirəcəyik. Bu halların bir daha baş verməməsi üçün kanal rəhbərliyi tərəfindən kollektiv qarşısında tələblər qoyulacaq".

Qeyd edək ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 22 aprel tarixində yenidən efirdə yayımlanacaq. /Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər