Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

saytların hazırlanması

Evə çatdırılma

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rəqəmsal

17 Noyabr 2026 18:19 76


Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər.

Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar. Komandalar müasir süni intellekt alətlərindən istifadə edərək müxtəlif texnoloji həllər üzərində çalışıb, ideyalarını praktik layihələrə çeviriblər.

Hakaton zamanı gənclər texniki bilikləri ilə yanaşı, komanda işi, problem həlletmə və yaradıcı düşünmə bacarıqlarını da nümayiş etdiriblər. Hazırlanan layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib. Online alış-veriş

Hakatonun sonunda fərqlənən komandalar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Bakcell bu kimi təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının gücləndirilməsinə dəstəyini davam etdirir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!