Audiovizual Şura Space TV-yə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Audiovizual Şura Space TV-yə xəbərdarlıq etdi

Sosial

09 Oktyabr 2023 12:36 299


Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Space TV-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Oktyabrın 4-də bu telekanalın efirində “Yaxşıya doğru” proqramının yayımı zamanı şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədilib. Bununla da, "Media haqqında" Qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub. Dominos pizza

Audiovizual Şurası Space-ə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!