“Ukrayna Avro-Atlantik və Avropa strukturlarına inteqrasiya edərək Rusiyanı sistemli şəkildə zəiflətməlidir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Polşanın “Wirtualna Polska” xəbər portalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (KBİ) rəisi Kirilo Budanov deyib.
Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında münasibətlərin gələcəyi çox çətin proses olacaq: pizza sifarişi
“Maraqlıdır ki, indi Rusiyanın informasiya məkanında, ilk növbədə, internetdə, eləcə də müxalifətin bir hissəsi arasında belə bir fikir təbliğ olunmağa başlayır ki, bu işğala görə yalnız Putin günahlandırmaq lazımdır. Lakin bunun təkcə Putinlə heç bir əlaqəsi yoxdur. Biz həm də əhalinin üçdə ikisindən çoxunun Putinin hərəkətlərini dəstəklədiyi ölkə ilə müharibə vəziyyətindəyik”.
KBİ rəhbəri əlavə edib ki, Rusiya Federasiyasının gələcəyini proqnozlaşdırmaq çətindir, çünki onun neçə elementə parçalanacağı və Ukraynanın təzminat və cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi barədə kiminlə danışmalı olacağı məlum deyil:
“Bizim vəzifələrimiz, Ukraynanın vəzifələri Rusiya Federasiyasının sistemli zəiflədilməsidir. Bunun üçün biz Avro-Atlantik və Avropa strukturlarına fəal şəkildə daxil olmalıyıq: siyasi, iqtisadi, təhlükəsizlik, hüquqi, humanitar və təhsil... Nəhayət, müharibədən sonrakı yeni Rusiya Federasiyası üzərində müəyyən bir nəzarət formasına malik olmalıyıq ki, Ukraynanın başına gələnlər bir daha təkrarlanmasın”.
Telegram kanalımız