UEFA Çempionlar Liqasında 2-ci turun yekunlaşmasından dərhal sonra diqqətlər Avropanın digər iki mötəbər klub turnirinə yönəlib.
“Yeni Sabah” xəbər verir ki, bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında növbəti matçlar baş tutacaq.
Futbol azarkeşlərini Avropanın müxtəlif meydanlarında gərgin və prinsipial qarşılaşmalar gözləyir. pizza hut
Avropa Liqasının 2-ci turu çərçivəsində keçiriləcək mərkəzi görüşlərdə "AC Milan" səfərdə "Red Bull Zalsburq"un qonağı olacaq, "Yuventus" isə İspaniyada "Selta Viqo" sınağına çıxacaq. Türkiyə təmsilçisi "Beşiktaş" isə Almaniyada "Hoffenhaym" ilə üz-üzə gələcək.
Günün əsas qarşılaşmalarının təqvimi (Bakı vaxtı ilə):
UEFA Avropa Liqası
20:45 "Red Bull Zalsburq" – "AC Milan"
20:45 "Olimpik Lion" – "Kristal Pelas"
23:00 "Selta Viqo" – "Yuventus"
23:00 "Hoffenhaym" – "Beşiktaş"
23:00 "Benfika" – "Seltik"
UEFA Konfrans Liqası
20:45 "KuPS Kuopio" – "Trabzonspor"
20:45 "Hayduk Split" – "Ayaks"
23:00 "Atalanta" – "Pafos"
23:00 "Kopenhagen" – "Braqa"
Nazim Hacıyev
Telegram kanalımız