Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəldi

İdman

29 Noyabr 2026 17:59 51


Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib. Online shopping Azərbaycan

O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!