Avropa çempionumuz dünya çempionatında qazandığı medalı satır

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionumuz dünya çempionatında qazandığı medalı satır

İdman

16 Oktyabr 2020 20:16 1934


Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb.

Yenisabah.az xəbər verir ki, millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı auksiona çıxarmağa hazırdır:

“Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Dördpendirli pizza

Ancaq bu gün hər birimiz Vətən və ordumuza dəstək üçün fədakarlıqlara hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!