“Avropa İttifaqı Ermənistanda hərbi baza yaratmaq istəyir” -  AÇIQLAMA

“Avropa İttifaqı Ermənistanda hərbi baza yaratmaq istəyir” - AÇIQLAMA

Siyasət Veb saytların hazırlanması

21 Noyabr 2023 13:34 567


“Ermənistan hakimiyyətinin Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında saziş imzalaması çox qəribə bir hadisəsidir. Çünki suveren bir ölkə öz sərhədlərinin müşahidəsini Avropa İttifaqına tapşırır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O xatırladıb ki, Ermənistanın sərhədlərini özü yox, Rusiya müdafiə edir:

“Ermənilərin işi başdan-başa oyunbazlıqdır. Avropa missiyası deyilən missiyanın bölgəyə gəlişi isə bölgədə əmin-amanlığa xidmət etməyəcək, əksinə, ziddiyyətləri və qarşıdurmaları böyüdəcək. Ona görə də belə bir müşahidə missiyasının statusu haqqında sazişin imzalanması nə qədər doğrudur, deyə bilmərəm”.

Analitik əmindir ki, Aİ bölgədə çox təhlükəli olan bir vəziyyətdə mövcud situasiyanı gərginləşdirə biləcək bir missiya yaradıb:

“Bu nöqteyi-nəzərdən, Azərbaycan Aİ-yə etirazını bildirməli, Avropa parlamentinə əsaslandırılmış rəy göndərməli və belə bir sazişin imzalanmasının nə qədər legitim olduğunu sübut etməyə çalışmalıdır. Əslində, bunu Aİ-nin bölgədə hərbi baza yaratmaq istəklərinin ifadəsi də kimi yozmaq olar.

Moskva lap əvvəldən bu missiyanın qarşısını almağa çalışırdı. Kremlin İrəvana nələr deyəcəyini bilmirəm, amma Rusiya, prinsip etibarilə, bölgəyə əlavə qüvvələrinin gətirilməsinin əleyhinədir. Onun fikrincə, Qərb Rusiyaya qarşı böyük bir təxribat həyata keçirib, onu Cənubi Qafqazdan çıxarmaq istəyir. Ona görə də Rusiya həmişə İrəvanın bu hərəkətlərinin əleyhinə olub”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!