"Şimali Avropa ölkələri Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılana qədər Kiyevə dəstəyini davam etdirəcək".
Yenisabah.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles noyabrın 10-da Edinburqda Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) daxil olan avropalı rəsmilərlə görüşün nəticələrini yekunlaşdırarkən deyib.
O bildirib: “Birgə Ekspedisiya Qüvvəsi Kiyev' diplomatik, maliyyə, humanitar və hərbi dəstəyin təmin edilməsində aparıcı rol oynayır və biz Rusiya öz qüvvələrini Ukraynada çıxarana qədər bunu davam etdirəcəyik”. Toyuqlu pizza
Görüş zamanı Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Finlandiya, İsveç və Estoniya nümayəndələri Ukraynadakı vəziyyəti və Şimali Avropada təhlükəsizlik təhdidlərini müzakirə ediblər. Onlar, həmçinin “hibrid təhdidlərə qarşı mübarizədə və milli nodal infrastrukturun, o cümlədən sualtı kabel və boru kəmərlərinin mühafizəsi sahəsində əməkdaşlığı dərinləşdirmək” barədə razılığa gəliblər. 2014-cü ildə yaradılmış Birgə Ekspedisiya Qüvvəsi daimi qüvvə deyil, iştirakçı ölkələr mütəmadi olaraq birgə hərbi təlimlər keçirir.
Telegram kanalımız