Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində “ChatGPT”, “Reddit” və “Roblox” platformalarını ən sərt tənzimləmə rejimünə daxil edib.
“Yeni Sabah” xəbər verir ki, adı çəkilən xidmətlərə yeni standartlara uyğunlaşmaq üçün 4 ay vaxt ayrılıb. Qərara əsasən, “ChatGPT” çox böyük onlayn axtarış sistemi, “Reddit” və “Roblox” isə çox böyük onlayn platforma statusu alıb. Bu addım hər üç şirkətin Avropa İttifaqı (Aİ) ərazisində daha geniş şəffaflıq, təhlükəsizlik və hesabatlılıq öhdəlikləri daşıması məqsədilə atılıb.
“ChatGPT”nin axtarış sistemi kimi qiymətləndirilməsinə səbəb onun istifadəçi sorğularını emal etməklə yanaşı, internetdə real vaxt rejimində axtarış apara bilən "hibrid xidmət" funksiyasına malik olmasıdır. DSA qaydalarına görə, Aİ-də aylıq auditoriyası 45 milyon nəfəri ötən resurslar xüsusi nəzarət kateqoriyasına düşür. Şirkətlərin 2026-cı ilin mart ayı göstəricilərinə əsasən Aİ-dəki aylıq aktiv istifadəçi sayı “ChatGPT” üzrə 159 milyon, “Reddit” üzrə 57,2 milyon, “Roblox” üzrə isə 48 milyon təşkil edib. Dominos pizza
Yeni tənzimləmələrə əsasən, bu şirkətlər hər il qanunsuz məzmunun yayılması, uşaqların müdafiəsi, istifadəçilərin psixi və fiziki sağlamlığı, seçki proseslərinə təsir və ictimai təhlükəsizlik üzrə sistemli riskləri qiymətləndirməlidirlər. Bununla yanaşı, platformalar müstəqil audit yoxlamalarından keçməli və tənzimləyici qurumlar, eləcə də tədqiqatçılar üçün məlumatların əlçatanlığını təmin etməlidirlər.
Telegram kanalımız