Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər

İdman

03 Fevral 2022 17:03 842


Millimizin hücumçusu Mahir Emreli Avropa Liqasının 1/16 finalında oynayan ilk azərbaycanlı futbolçu ola bilər.

24 yaşlı hücumçumuzun dünən müqavilə imzaladığı Zaqrebin “Dinamo” klubu yarışın bu mərhələsində iştirak etmək hüququ qazanıb. 

Yenisabah.az xəbər verir ki, Xorvatiya təmsilçisi qrup mərhələsini 2-ci yerdə (1-ci yer “Vest Hem”, İngiltərə) başa vuraraq “pley-off”a yüksəlib. Dominos pizza

"Pley-off"da zaqreblilərin rəqibi isə Çempionlar Liqasında qrup üçüncüsü olmuş İspaniyanın “Sevilya” komandası olacaq. Bu komandaların ilk görüşü fevralın 17-si İspaniyada, cavab matçı fevralın 24-ü Xorvatiyada olacaq. 

Əlavə edək ki, M.Emreli artıq bu mövsüm sabiq komandası “Legiya” Varşavanın heyətində Avropa Liqasının qrupunda oynayıb. 6 görüşdə meydana çıxan futbolçumuz “Lester” (İngiltərə) və “Napoli”yə (İtaliya) qol da vurub. Polşa təmsilçisi isə qrupu sonuncu yerdə tamamlayıb.(qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!