İyun ayında Fransa, Belçika və Niderlandda müşahidə olunan anomal istilər nəticəsində azı 3 700 əlavə ölüm qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Reuters agentliyi həmin ölkələrin səhiyyə qurumlarının açıqlamalarına istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 20-28-də davam edən istilər Qərbi Avropada indiyədək qeydə alınmış ən ağır isti dalğalarından biri hesab olunur. Alimlər bildirirlər ki, ekstremal hava şəraiti demək olar ki, tamamilə iqlim dəyişikliyinin təsiri nəticəsində yaranıb. Dominos pizza
Ən çox ölüm Fransada qeydə alınıb. Ölkənin səhiyyə orqanlarının ilkin hesablamalarına əsasən, həmin dövrdə 2 025 əlavə ölüm baş verib. Ölənlərin əksəriyyəti 45 yaşdan yuxarı şəxslər olub. İyunun 22-28-də ev şəraitində baş verən ölümlərin sayı əvvəlki həftə ilə müqayisədə 91 faiz artıb.
Belçikada istilərlə əlaqədar təxminən 1 200 əlavə ölüm qeydə alınıb. Onlardan 530-u 85 yaşdan yuxarı şəxslərin, 180-i isə 65 yaşdan aşağı insanların payına düşür. Ölkənin Səhiyyə Nazirliyi bunu son illərin görünməmiş göstəricilərindən biri adlandırıb.
Niderlandda isə təxminən 480 əlavə ölüm qeydə alınıb. Ölənlərin böyük əksəriyyətini 80 yaşdan yuxarı insanlar təşkil edib.
Mütəxəssislər bildirirlər ki, hazırkı rəqəmlər ilkin qiymətləndirmədir və son statistika açıqlandıqdan sonra ölüm sayının daha da artacağı gözlənilir. İsti hava dalğası enerji sistemlərinin işini çətinləşdirib, infrastrukturda problemlər yaradıb və səhiyyə müəssisələrinə ciddi yük salıb.
Telegram kanalımız