Avropada fəlakət - Alov şəhərlərə yaxınlaşdı,   kütləvi təxliyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Avropada fəlakət - Alov şəhərlərə yaxınlaşdı, kütləvi təxliyə başladı

Dünya

19 İyul 2026 13:47 163


İspaniyanın Saraqosa vilayətində baş verən və ölkədə bu ilin ən böyük meşə yanğını hesab olunan hadisə nəticəsində təxminən, 12 min hektar ərazi yanaraq məhv olub.

"Yeni Sabah" xəbər verir ki, yanğın Saraqosanın "Cinco Villas" bölgəsində başlayıb və güclü külək, eləcə də yüksək temperatur səbəbindən qısa müddətdə geniş əraziyə yayılıb.

Təhlükəsizlik məqsədilə risk zonasından 1000-dən çox sakin təxliyə edilib. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən bəzi avtomobil yolları da müvəqqəti bağlanıb. Sezar pizza

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Rəsmilər təhlükə tam aradan qalxana qədər təxliyə qərarının qüvvədə qalacağını bildiriblər.

Ölkənin Qvadalaxara vilayətinin La Mierla bölgəsində baş verən digər meşə yanğını isə 5 min 400 hektar ərazini əhatə edib. Buradan da 600-dən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

İspaniya üzrə yüzlərlə yanğınsöndürən və fövqəladə hallar əməkdaşı alovla mübarizə aparır. Söndürmə işlərinə həm yerüstü qüvvələr, həm də aviasiya vasitələri cəlb olunub.

İspaniya Meteorologiya İnstitutu ölkədə yeni isti hava dalğasının gözlənildiyini açıqlayıb. Proqnoza görə, bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəyə qədər yüksələcək. Mütəxəssislər bunun mövcud yanğınların söndürülməsini çətinləşdirə və yeni yanğınların yaranma riskini artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!