İsa Məlikov “Avroviziya” nümayəndə heyəti rəhbəri vəzifəsindən gedib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
İ. Məlikov postunda qeyd edib: Pepperoni pizza
“Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmirəm. Bu layihə ilə bağlı 2009-cu ildən başlayaraq yalnız ən xoş təəsüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam".
Eyni zamanda, “Avroviziya” nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedən İsa Məlikovun yerinə yeni şəxs təyin olunub. Həmin vəzifəni İTV-nin baş direktor müavini Vasif Məmmədov icra edəcək.
Telegram kanalımız