Avstriyanın daxili işlər naziri Gerhard Karner Şengen zonasının genişləndirilməsinə razılıq verməyə hazır olmadığını bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə noyabrın 21-də Avstriya radio və televiziyası məlumat yayıb.
“Sərhəddə əhali üçün dözülməz vəziyyət onu göstərir ki, Şengen faktiki olaraq işləmir. Buna görə də cari sistemin daha da genişləndirilməsi məntiqli deyil. Pepperoni pizza
Təhlükəsizliyə cavabdeh olan daxili işlər naziri kimi mənim fikrim birmənalı olaraq yoxdur”, – deyə sağçı Avstriya Xalq Partiyasını təmsil edən Karner vurğulayıb.
Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri Şengen zonasına daxil olmaq istəyən qeyri-qanuni miqrant axınının artmasına toxunub. O, müqavilənin hazırkı formada səmərəsiz olmasının arqumentlərindən biri kimi Şengen ölkələri arasında müvəqqəti sərhəd nəzarəti faktını da qeyd edib.
Telegram kanalımız