Müxalifətdə olan “Avstriya Azadlıq Partiyası”nın (AAK) deputatları Milli Şuranın (parlamentin aşağı palatası) iclas zalını tərk edərək, Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışına etirazlarını bildiriblər.
Yenisabah.az “Der Standard”a istinadla xəbər verir ki, partiyanın deputatları Zelenskinin çıxışının əvvəlində ölkənin neytrallığının saxlanmasının tərəfdarı olduqlarını göstərərək iclas zalını tərk ediblər.
Parlamentarilər oturacaqlarında “Sülh üçün yerlər” və “Bitərəfsizlik üçün yerlər” sözləri yazılmış lövhələr qoyublar. Sezar pizza
Avstriya Sosial Demokrat Partiyasının bəzi deputatlarının da yerləri boş olub. Avstriya parlamentarilərinə müraciətində Zelenski həm humanitar sahədə, həm də Ukraynanın enerji infrastrukturunun səmərəliliyinin bərpasında və döyüş zonasına çevrilmiş ərazilərin minalardan təmizlənməsində Kiyevə verdiyi dəstəyə görə Vyanaya təşəkkür edib. O, həmçinin bildirib ki, Ukraynanın minalanmış ərazisi Avstriya ərazisindən 2 dəfə çoxdur.
Ukrayna rəhbərinin çıxışına qarşı parlament binası qarşısında aksiya başlayıb. Onlarla etirazçı əllərində Rusiya və Avstriya bayraqları, habelə sülh və respublikanın neytrallığını dəstəkləyən plakatlar tutublar.
Telegram kanalımız