Avtomobil sahiblərinə şad xəbər – Mobil etibarnamə
20 Noy 2019 12:48
6386

Avtomobil sahiblərinə şad xəbər – Mobil etibarnamə

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq:

"Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək.

Sistemdə vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə biləcəksiz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə gedəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər