Bu gün BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilən Ümumdünya Dayanıqlı Nəqliyyat Günü qeyd olunur.
“Yeni Sabah” xəbər verir ki, bu əlamətdar günün əsas məqsədi dayanıqlı nəqliyyat sistemlərinin əhəmiyyətinə diqqət çəkmək və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir.
Ölkə üzrə son statistik göstəricilər Azərbaycanda da yaşıl nəqliyyata keçidin sürətləndiyini təsdiqləyir. Belə ki, 2025-ci ildə ölkədə elektrik mühərrikli avtomobillərin sayı 8 215 ədədə çatıb ki, bu da 2022-ci illə müqayisədə 14,4 dəfə artım deməkdir. Eyni dövrdə hibrid mühərrikli avtomobillərin sayı 2,4 dəfə artaraq 73 581-ə yüksəlib. ShopByBro
Bundan əlavə, “plug-in” hibrid avtomobillərin sayında da kəskin sıçrayış qeydə alınıb. 2024-cü ildə 9 749 olan bu nəqliyyat vasitələrinin sayı 2025-ci ildə 59 772 ədədə çatıb. İctimai nəqliyyatda da yenilənmə davam edir: elektrik mühərrikli avtobusların sayı 2022-ci ildəki 7 ədəddən 2023-cü ildə 15-ə, 2024-cü ildə 190-a, 2025-ci ildə isə 350 ədədə yüksəlib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız