Avtomobilini yolun ortasında park etdi - Foto
03 İyn 2020 16:09
536

Avtomobilini yolun ortasında park etdi - Foto

Bakıda "Mitsubishi Pajero" markalı minik avtomobili Dövlət Statistika Komitəsinin qarşısından keçən yolun ortasında parklanıb. 

Yenisabah.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Bildirilir ki, BNA paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirir. Bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılır. Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınır. 

Avtomobilini yolun ortasında park etdi - Foto

Oxşar xəbərlər