Bakıda daha 9 yol kəsişməsində svetoforlara velosipedçilər üçün xüsusi bölmələr quraşdırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtda görülən işlər davam etdirilir. Online alış-veriş
Belə ki, Mərkəz tərəfindən Nəsimi və Səbail rayonlarında yerləşən 9 kəsişmədə mövcud svetoforlara ümumilikdə 28 velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Yeni velosiped bölmələri aşağıdakı ünvanlarda yerləşir:
Nəsimi rayonu:
Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi;
Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi;
Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi;
Bülbül prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsi;
Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi;
Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi.
Səbail rayonu:
Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi;
Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi;
Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi.
Qeyd edək ki, indiyədək mikromobilliyin inkişafı məqsədilə Bakı yollarında yerləşən svetoforlara ümumilikdə 160 velosiped bölməsi quraşdırılıb. Bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi bildirilib.
Aytac Əliyeva
Telegram kanalımız