Axtarışda olan şəxs Bakıda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan şəxs Bakıda tutuldu

Kriminal

16 Yanvar 2023 11:10 773


Bakıda axtarışda olan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb. Dördpendirli pizza

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!