Kreml: Moskva ilə Vaşinqton arasında əlaqələr intensivləşib

saytların hazırlanması

Evə çatdırılma

Kreml: Moskva ilə Vaşinqton arasında əlaqələr intensivləşib

Dünya

09 May 2026 15:56 136


Kiyevin təhdidləri və Rusiyanın mümkün cavab barədə xəbərdarlığı fonunda Moskva ilə Vaşinqton arasında əlaqələr intensivləşib və bu da atəşkəs razılaşmasına gətirib çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, həmçinin qeyd edib ki, əksər dünya paytaxtları Kiyevin təhdidlərinə cavab olaraq Moskvanın xəbərdarlıqlarına anlayışla yanaşıblar. Dominos pizza

Uşakov vurğulayıb ki, Qırmızı Meydana heç bir zərbə endirilməyib: "Təbii ki, Kiyevə kütləvi cavab raket zərbəsi də endirilməyib".

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında atəşkəsin mayın 11-dək uzadılması və 1000-in 1000-ə formatında əsrilərin dəyişdirilməsi barədə razılıq əldə olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!