“Ayağım gorda olanda yardım nəyimə lazmdır?!“ - Əməkdar artist   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Ayağım gorda olanda yardım nəyimə lazmdır?!“ - Əməkdar artist + Video

Şou

20 Oktyabr 2021 12:17 1229


Əməkdar artist Gövhər Rzayeva yaşadığı maddi sıxıntılardan danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi pandemiya dövründə əziyyət çəkdiyini bildirib. O, bu barədə “Günün Sədası” proqramında məlumat verib:

 "Qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır. Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər. Sillə ilə üz qızardırıq. Pandemiyada əziyyət çəkdik. Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir. Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə maddi problemlər barəsində nəsə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş, yazıq Gövhər". Marqarita pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!