“Aygün Bəylər gedişi ilə bizi də öldürdü” - Elnur

saytların hazırlanması

Evə çatdırılma

“Aygün Bəylər gedişi ilə bizi də öldürdü” - Elnur

Şou

04 Oktyabr 2024 13:47 643


“Aygün Bəylər əvəzsiz sənətkar idi. Bu həm dostluğunda, həm sənətində, həm də insanlığında…  Çox gözəl insan idi. Böyük bir itki oldu. Aygünün bildiyini sinəsinə döyüb “mənəm-mənəm” deyən musiqiçilər bilməzdi. Onun bildiyini hətta musiqi cəhətdən professor adını belə qazananlar bilmirdi. Aygün Bəylər azərbaycan musiqisinin arxivi idi. Böyük sənətkar getdi amma daim yaşayacaq”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov “Günə bax” verilişində deyib.

Mərhum həmkarı, Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi onunla bağlı xatirələrini dilə gətirib: pizza mizza

“Aygün Bəylərlə çox yaxın idik. O mənim yaxın dostum idi. Aygün gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmirdim. Onun gedişi o qədər mənə pis təsir etmişdir ki, günlərin bir günü hiss elədim ki, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. Amma Aygünün ölümü mənə çox pis təsir etdi. O sağlığında rəhmətini qazanan bir xanım idi. Hamımız o dünyaya gedəndə iki şey aparırıq – lənət və rəhmət. Çalışdığımız qədər lənət deyil rəhmət aparaq. Düzdü, bir çox insanlar rəhməti düşünmürlər. Onlar elə düşünürlər ki, nə varsa elə budur. Amma ən əsas bildiyimiz bura yox elə o dünyadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!