Aygün Kazımova süni intellektlə klip çəkdirdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımova süni intellektlə klip çəkdirdi - VİDEO

Şou

06 Fevral 2025 11:21 369


Xalq artisti Aygün Kazımova 2025-ci ilə olan ikinci layihəsini təqdim edib.

Yenisabah.az xəbər verir ki, pop kraliça bu dəfə “Əlcək” adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb.

Uzun müddətdir son zamanların dəbi ilə ayaqlaşan Kazımova süni intelektlə fotolarını izləyiciləri ilə bölüşürdü. Bu dəfə isə Diva bunun səbəbini açıqlayıb. Ölkənin əsas ulduzu klipi üçün süni intelektə müraciət edib. O, fotoların da sözügedən ekran işinin anonsu olduğunu vurğulayıb. Belə ki, klip Rusiyada Elena İkonnikova (lenaiko) və komandası tərəfindən süni intelektlə ərsəyə gəlib. pizza hut

Bəstənin müəllifi Mirodur. Bu, Kazımovanın Miro ilə ikinci işbirliyidir. Pop kraliçanın bundan əvvəl oxuduğu “Bilmək olmaz” hitinin də müəllifi Miro olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!