Xalq artisti Aygün Kazımova dünyaca məşhur DJ Devid Vendetta ilə birgə duetinə klip çəkdirib. “Duy” adlı mahnıya çəkilən klip “Youtube”un “Netd muzik” kanalına yerləşdirilib.
"Yeni Sabah" xəbər verir ki, bəstənin sözləri MC Murada, musiqisi isə müğənni ilə Vendettaya məxsusdur.
Fuad Əlişovun rejissorluğu ilə ərsəyə gələn ekran işində A.Kazımovanın dekabrın 1-də “Elektra Hall”dakı konsertindən görüntülər də yer alıb. Xalq artistinin libasları üzərində dünya şöhrətli dizayner Rüfət İsmayıl çalışıb. pizza
Ekran işində Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Həmin mesajları “MTV” kanalının tamaşaçıları Azərbaycan dilində oxuya bilərlər. Dünya tamaşaçısı üçün isə klipi ingilis dilində Netd music kanalı təqdim edir. Davidin rəsmi nümayəndəsi Boris Abdulun ideya müəllifi olduğu layihə “SS Production” tərəfindən həyata keçirilib.
Telegram kanalımız