Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) respublika üzrə yol infrastrukturu ilə bağlı irimiqyaslı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, respublika ərazisindəki yollarda xətlənmə işlərinin satın alınması məqsədilə ayrılan məbləğin ümumi dəyəri 21 milyon 547 min 283 manat 80 qəpik təşkil edir. Layihə çərçivəsində ölkə ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün yeni yol nişanlanma xətlərinin çəkilməsi və mövcud xətlərin yenilənməsi nəzərdə tutulur.
Cəlalə Cəlalqızı Dominos pizza
Telegram kanalımız