Aynişan:  “Bu heç kimin başı üçün deyil!“

saytların hazırlanması

Evə çatdırılma

Aynişan: “Bu heç kimin başı üçün deyil!“

Şou

29 Mart 2022 15:43 726


“Şiddətə qarşı olsam da, zarafatların bir həddi olduğunu düşünürəm".

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımovanın qızı bloger Aynişan Quliyeva bildirib.

Bir çoxları kimi, o da amerikalı aktyor Uill Smitin “Oskar” təqdimatında tədbirin aparıcısı Kris Roka şillə vurmasına münasibət bildirib. pizza hut

Sosial şəbəkə hesabında həmin görüntüləri paylaşan Aynişan U.Smitin bu addımını dəstəkləyib:

“Şiddətə qarşı olsam da, zarafatların bir həddi olduğunu düşünürəm. Düşünürəm ki, Uill Smit haqlıdır. Həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkdiyi üçün saçları tökülüb və bunu lağa qoymaq heç kimin başı üçün deyil! Uill Smiti həmişə sevmişəm. İndi daha çox sevdim...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!