WUF13-ə görə Azərbaycanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

WUF13-ə görə Azərbaycanı təbrik etdi

Siyasət

18 May 2026 10:27 162


BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi münasibətilə təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, bunu Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, “UN-Habitat” Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq jurnalistlərə açıqlamasında bildirib.

“UN-Habitat” adından Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsi münasibətilə təbrik etmək mənim üçün böyük şərəf və məmnuniyyətdir. Lakin rəqəmlər əsas deyil. Nail olmağa çalışdığımız daha vacib məqsədlər əlçatanlıq, əlaqəlilik, dayanıqlılıq və layiqli icmaların yaradılmasıdır”, - Nqa Kor Minq qeyd edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!