Alça sevənlərin çoxu bunu bilmir   – RİSK ALTINDASINIZ

saytların hazırlanması

Evə çatdırılma

Alça sevənlərin çoxu bunu bilmir – RİSK ALTINDASINIZ

Maraqlı

17 May 2026 19:44 77


Yaz və yay aylarının ən çox sevilən meyvələrindən biri olan alça həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Xüsusilə turş alçanın duzla yeyilməsi Azərbaycanda geniş yayılmış vərdişlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu adət bəzi insanlar üçün ciddi sağlamlıq problemlərinə yol aça bilər.

“Yeni Sabah” xəbər verir ki, alça C vitamini, fosfor, kalium və antioksidantlarla zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir. Eyni zamanda, həzm sisteminin fəaliyyətini sürətləndirir, bağırsaqların işləməsini yaxşılaşdırır və bədəndəki toksinlərin xaric olunmasına dəstək verir.

Türkiyəli kardioloq Habib ÇİL bildirib ki, artıq duz istifadəsi hipertoniya və böyrək xəstəlikləri riskini artıran əsas amillərdəndir. Onun sözlərinə görə, gündəlik normadan artıq duz qəbul edilməsi orqanizmdə maye yığılmasına, təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə əlavə yük düşməsinə səbəb olur. pizza mizza

Həkimlər qeyd edir ki, alçanın özündə problem yoxdur, əsas təhlükə onun üzərinə əlavə edilən yüksək miqdarda duzdan qaynaqlanır. Çünki turş meyvə ilə birlikdə duz qəbul edildikdə insanlar fərqinə varmadan normadan artıq natrium qəbul etmiş olur.

Araşdırmalara görə, həddindən artıq duz istifadəsi:

orqanizmdə ödəm yaradır;

arterial təzyiqi yüksəldir;

böyrəklərin fəaliyyətini zəiflədir;

ürək-damar xəstəlikləri riskini artırır;

susuzluq hissini gücləndirir.

Mütəxəssislər  xüsusilə böyrək və təzyiq xəstələrinin əlavə duzdan uzaq durmasını tövsiyə edir.

Bununla yanaşı, dietoloqlar bildirirlər ki, alça düzgün miqdarda qəbul edildikdə sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə, immuniteti zəif olan şəxslər, qəbizlik problemi yaşayanlar, yayda iştahsızlıq hiss edənlər, dəmir çatışmazlığı olan insanlar üçün faydalı hesab edilir.

Çünki alçanın tərkibindəki turşular və minerallar dəmirin mənimsənilməsinə kömək edir, qan dövranını dəstəkləyir və bədəndə enerji mübadiləsini sürətləndirir.

Lakin hər məhsul kimi alçanın da həddindən artıq istifadəsi zərərli ola bilər. Qastroenteroloqlar xəbərdarlıq edir ki, turş alça mədə turşuluğunu artıra, qastrit və xora xəstələrində ağrı yarada, reflüks şikayətlərini gücləndirə bilər.

Xüsusilə acqarına çox miqdarda alça yemək mədədə qıcıqlanma yaradır.

Kardio­loqlar gündəlik duz qəbulunun 5 qramdan artıq olmamasını tövsiyə edir.  Mütəxəssislər bildirirlər ki, alçanı duzsuz və ya çox az miqdarda duzla yemək daha təhlükəsiz seçim hesab olunur. Xüsusilə təzyiq, böyrək, ürək-damar və ödəm problemi yaşayan şəxslərin bu məsələdə ehtiyatlı davranması vacibdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!